Bakıda qəzaya düşmüş hərbçilərdən biri öldü

bakida-qezaya-dusmus-herbcilerden-biri-oldu
Oxunma sayı: 633

Məlumata görə, Şəki rayonundan həqiqi hərbi xidmətə çağırılan Kənan Abdullazadə aldığı xəsarətdən ötən gün hərbi hospitalda dünyasını dəyişib.

Qeyd edək ki, yol qəzası sentyabrın 17-dən 18-ə keçən gecə paytaxtın Şəfayət Mehdiyev küçəsində baş verib. Müdafiə Nazirliyinin Bakıda yerləşən “N” saylı hərbi hissəsinə məxsus “UAZ” markalı maşın obyektlərin mühafizəsini dəyişmək məqsədilə hərəkətdə olarkən Elçin Qəmbərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Nəticədə “N” saylı hərbi hissənin tibb xidməti rəisi, mayor Qədir İsayev və əsgərlər - Emil Tağıyev, Fəxrəddin Şıxıyev, Xəlil Rzayev, Hüseyn Həsənov, Coşqun Ramazanov, İntizar Rəcəbov və Kənan Abdullazadə xəsarətlə xəstəxanaya yerləşdiriliblər.