Bakıda "qırmızı işığa" düşən əcnəbilər

bakida-quotqirmizi-isigaquot-dusen-ecnebiler
Oxunma sayı: 888


“Qafqazinfo” Miqrasiya Komitəsini saytın aistinadən xəbər verir ki, bundan başqa 658 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 50 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib. Həmçinin 7 nəfər əcnəbinin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən, onlara aid olan  itirilmiş sənədləri yenisi ilə əvəz olunub.

Ümumiyyətlə həftə ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 1624 müraciət daxil olub. 

Ötən həftə ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 15428 nəfər əcnəbinin müraciəti qeydə alınıb.