“Sobsan”ın “Dekorativ” premium mağazasının açılışı oldu - Fotolar

sobsanin-dekorativ-premium-magazasinin-acilisi-oldu
Oxunma sayı: 10042

Qafqazın və Azərbaycanın ən böyük boya istehsal müəssisəsi olan "Sobsan" boyaları 20 illik istehsal tarixində daim  boya sektoruna gətirdiyi yeniliklər ilə tanınıb. Bu dəfə şirkət ənənəsinə sadiq qalaraq  möhtəşəm bir yeniliyə imza atıb.

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycanda ilk dəfə dekorativ boyaların istehsalını həyata keçirən "Sobsan"ın ev sahibliyində dekorativ boyaların sərgiləndiyi “SOBSAN DEKORATİV BOYALAR” premium mağazasının  möhtəşəm açılış tədbiri baş tutub. Açılış tədbirində bir sıra qonaqlar və media nümayəndələri iştirak edib. Tədbirdə şirkətin istehsalı olan "Sobsan Sədəf" boya, "Sobsan Travertino" boya, "Sobsan Marmarino" boya, "Sobsan Kreos" boya və bütün digər dekorativ boyalar qonaqlara təqdim olunub. Açılış tədbirində dekorativ boyaların görünüşünün önəmi qədər keyfiyyəti və ən əsası ekoloji cəhətdən zərərsiz olmağı xüsusilə vurğulanıb.

Müştəri məmnuniyyətini hər zaman öndə tutan "Sobsan" boyaları bu gün dekorativ boya sahəsində dünya trendlərini və texnologiyasını yaxından izləyərək bu boyaları yerli alıcılar üçün əlçatan etməyi bacarıb. Azərbaycan boya sektorunda hər zaman keyfiyyətli, yenilikçi və müştəriyönümlü fəaliyyəti ilə tanınan "Sobsan" boyaları bu gün dünyada nüfuzlu olan boya şirkətləri ilə rəqabət aparacaq potensiala və imkanlara sahibdir.

"Sobsan"- Dünya Boyandıqca Gözəldir!

Tel: +994 50 277 24 68

+994 50 250 80 45 (whatsapp)

+994 12 436 49 14

Ünvan: Məmməd Araz 33A (Teymur Əliyev)

e-mail: [email protected]

www.sobsan.com

İnstagram

Facebook