Bakıda spirtli içkilərin küçə reklamlarına qadağa qoyuldu

bakida-spirtli-ickilerin-kuce-reklamlarina-qadaga-qoyuldu
Oxunma sayı: 641

“Qafqazinfo”nun Nazirliyin saytına istinadən məlumatına görə, aparılan monitorinqlər zamanı spirtli içkilərin reklamına dair tələblərin pozularaq Azərbaycan Tibb Universitetinin və Səbail rayonunda 53 saylı "Cücələrim" uşaq bağçasının yaxınlığında (100 metrdən az məsafədə) spirtli içkilərin küçə reklamlarının yayımlandığı müəyyən edilib.

Dövlət Xidmətinin gördüyü tədbirlər nəticəsində qeyd olunan reklamların yayımı dayandırılıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam sifarişçiləri, istehsalçıları və yayıcılarına "Reklam haqqında" qanunun tələblərinə əməl etməyi tövsiyə edir.