Bakıda türkiyəli həkim intihar edib - - Yenilənib

bakida-turkiyeli-hekim-intihar-edib-
Oxunma sayı: 2271


"Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gün rayonun Həsən Əliyev küçəsi-116 ünvanında yerləşən “Medistyle” klinikasında qeydə alınıb. Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Hakan Karadeniz qoluna sistem aparatının iynəsini sancaraq intihar edib.

Prokurorluqdan, həmçinin bildiriblər ki, H. Karadeniz ixtisasca anestezioloq olub. H. Karadenizin Türkiyədə mülk problemləri olduğu  üçün intihar etdiyi ehtimal edilir. 

Faktla bağlı Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi açılıb.


***

Həsən Əliyev küçəsi 116 ünvanında yerləşən “Medistyle” klinikasında türkiyəli anestezioloq Hakan Akdeniz intihar edib. Bu barədə İnterpress.az-a klinikanın işçilərindən biri xəbər verib. 

Bəzi saytlar intihar edənin sözügedən klinikanın əməkdaşı kimi təqdim etsələr də "Medistyle"dan aldığımız məlumata görə, 1967-ci il təvəllüdlü Hakan Karadeniz həmin klinikada anestezioloq kimi fəaliyyət göstərməyib. O, klinikanın baş həkimi Barat Yusifovun yaxın dostu olub. 

Xəstəxanaya da dostunu görməyə gəlibmiş.

H.Karadeniz qoluna sistem aparatının iynəsini sancaraq intihar edib. 

Faktla bağlı araşdırma aparılır.