Bakıda yaşayış binasında yanğın, 15 sakin təxliyə olundu

bakida-yasayis-binasinda-yangin-15-sakin-texliye-olundu
Oxunma sayı: 1950

Bakıda yaşayış binasında yanğın baş verib. 

“Qafqazinfo”nun FHN-ə istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Sabunçu rayonunda ümumi sahəsi 69 m2 olan ikiotaqlı mənzildə (yaşayış yoxdur) baş verib. Nəticədə mənzildə 8 m2 sahədə məişət tullantıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini təxliyə edilib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb