Bakı Bulvarı ərazisində “Baku Sailing Regatta 2018” yelkənli qayıq yarışı keçirilir.
“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüə həsr olunan yarışda 31 yelkənçi iştirak edir.
“Optimist”, “Laser-standard”, “Laser 4.7” və “Laser-radial” olmaqla 4 sinif üzrə qaliblər müəyyənləşəcək.
Sonda I, II və III yerlərin qalibləri mükafatlandırılacaq.
***
Qaliblər yerli və beynəlxalq hakimlər tərəfindən müəyyənləşdirilib.
“Optimist” sinfi üzrə I, II və III yerləri müvafiq olaraq AYİF-in üzvləri Murad Allahverdi, Murad Hacızadə və Ayla Babayeva tutub. “Laser-standard” sinfi üzrə “Xəzər” İdman klubunun üzvləri Mixail Protasov, Rüfət Rəcəbov və Tofiq Abdullayev müvafiq olaraq I, II və III yerlərə layiq görülüblər. “Laser 4.7” sinfi üzrə I yeri “Xəzər” İdman Klubunun üzvü Fərid Məmmədzadə, II və III yerləri isə AYİF-in üzvləri Rafiq Orucov və Hatim Ammar qazanıb. “Laser-radial” sinfi üzrə AYİF-in üzvü Cavid Kərimov I yeri, “Dənizçi” İdman Klubunun üzvü Kiril Klinçev II yeri, “Xəzər” İdman Klubunun üzvü Ağasəlim Ağalarov isə III yeri qazanıb.










Son xəbərlər
Son Xəbərlər