Bakıda yenidən yaz havası olacaq

bakida-yeniden-yaz-havasi-olacaq
Oxunma sayı: 647

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, fevralın 4-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir.

Bakıda gecə 2-4° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava gündüz havanın əsasən yağmursuz olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə zəif duman olacaq. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.