Bakıdakı sərnişin axını ehtiyat avtobuslar hesabına aradan qaldırıldı

bakidaki-sernisin-axini-ehtiyat-avtobuslar-hesabina-aradan-qaldirildi
Oxunma sayı: 646

Onun sözlərinə görə, şəhərdə fəaliyyət göstərən avtobusların sayı 25% artırılıb. E.Abdullayev onu da bildirib ki, qısa bir müddət ərzində paytaxtın bütün avtoparklarından ehtiyat avtobuslar marşruta buraxılıb. Bu da öz növbəsində bütün istiqamətlər üzə böyük sərnişin axınını təmin etməyə imkan verib.

Xatırladaq ki, ötən gecə sürən qeyri-sabit hava şəraiti nəticəsində Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının (İES) elektrik paylayıcı yarımstansiyasını ildırım vurub və İES-in bir neçə bloku sıradan çıxıb. Hadisə nəticəsində paytaxt Bakı da daxil olmaqla ölkənin əksər şəhər və rayonlarında elektrik enerjisi təchizatında məhdudiyyətlər yaranıb. Nəticədə, Bakı Metropoliteni bir neçə saatlıq fəaliyyətini dayandırıb.

Enerji təminatı bərpa olandan sonra ehtiyat avtobusları avtoparka qayıdıb.