Bakıdakı yanğınla bağlı - Rəsmi açıqlama

bakidaki-yanginla-bagli
Oxunma sayı: 6101

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Elit” Ticarət Mərkəzində yanğının baş verməsi ilə bağlı xəbər yayılıb.

FHN yanğınsöndürənlərinin hadisə yerinə cəlb olunduğu bildirilir.

***

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, "Elit" Ticarət Mərkəzində yanğının olması ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmir.

"Saat 17:10 radələrində FHN-in müşahidə kameraları tərəfindən "Binə" Ticarət Mərkəzindən xeyli uzaqlıqda, dağın yamacında boş sahədə məişət tullantıların və işlənmiş avtomobil təkərlərinin yandığı müşahidə edilib. Saat 17:50 radələrində yanğın tərəfimizdən söndürülüb" - deyə, FHN-dən bildirilib.