Bakıdan Surquta uçan təyyarə təcili eniş etdi

bakidan-surquta-ucan-teyyare-tecili-enis-etdi
Oxunma sayı: 2482

Bakı-Surqut marşrutu üzrə uçan “Utair” aviaşirkətinə məxsus təyyarə Ufa hava limanında təcili eniş edib.

“Qafqazinfo”nun məlumatına görə, Ufa beynəlxalq hava limanının mətbuat katibi Tatyana Rizvan bildirib ki, təyyarənin sərnişini uçuş zamanı özünü pis hiss edib.

“Təyyarə hava limanına endikdən sonra sərnişin xəstəxanaya yerləşdirilib, - deyə T. Rizvan söyləyib.

Onun sözlərinə görə, daha sonra təyyarə öz marşrutu üzrə uçuşa davam edib.