Bakıdan uçan təyyarə az qala toqquşacaqdı - Moskva səmasında

bakidan-ucan-teyyare-az-qala-toqqusacaqdi
Oxunma sayı: 4453

Moskva səmasına iki sərnişin təyyarəsi toqquşmadan son anda xilas ola biliblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “REN TV” məlumat yayıb. İnsidentin noyabrın 15-i gecə saatlarında baş verdiyi qeyd edilir.  

Bildirilir ki, Moskvanın “Domodedova” aeroportundan Penzaya yola düşən layner az qala havada Bakıdan “Vnukova” hava limanına uçan təyyarə ilə toqquşacaqdı. Belə ki, təyyarələr bir-birilərinə ən yaxın məsafədən uçublar. 

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır. Məsələ ilə bağlı rəsmi açıqlama yoxdur.