Bakının 3D xəritəsi

bakinin-3d-xeritesi
Oxunma sayı: 8256

“Qafqazinfo”nun məlumatına görə, saytın əsas məqsədi paytaxt Bakıda olan parkları, muzeyləri, məscidləri, tarixi abidələri, hotel-restoranları, gözəllik salonları, avtosalonları, klinikaları, ticarət və əyləncə mərkəzlərini “3D” formatında birləşdirməkdir. Beləliklə də dünyanın istənilən nöqtəsindən internet istifadəçiləri sayta daxil olmaqla Bakının virtual tur gəzintisi ilə tanış ola biləcəklər. Bu, öz növbəsində, Azərbaycanda turizmin inkişafında xüsusi rol oynamasına imkan verəcək. Sayt kataloq xarakter daşıyır.

Hazırda sayt rus dilində fəaliyyət göstərir, lakin yaxın zamanlarda Azərbaycan və ingilis dillərində də çalışacaq.

Ümumiyyətlə, saytın unikallğı ondan ibarətdir ki, internet istifadəçiləri Google-nin xəritəsindən Bakının istənilən rayon və qəsəbəsini açıb, daha sonra həmin yerdə olan parkları, muzeyləri, məscidləri, tarixi abidələri, hotel-restoranları və s. yerlərin 3D panoramasını görəcəklər.