Bakının ən böyük hotelində yanğın oldu

bakinin-en-boyuk-hotelinde-yangin-oldu
Oxunma sayı: 641

Bakı şəhəri, Nəsimi rayonunda “Abşeron” (“JW Marriott Absheron”) mehmanxanasının 1-ci mərtəbəsində ümumi sahəsi 80 kv.m olan camaşırxanada 1 ədəd “ABC” markalı paltarqurudan aparat yanıb.“Qafqazinfo”nun FHN-in saytına istinadən məlumatına görə, Mehmanxanada mühafizəçi işləyən 1 nəfər xəstəxanaya aparılıb.

Bina yanğından mühafizə olunub. Yanğın saat 13:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.