Bakının kriminal gündəmi

bakinin-kriminal-gundemi
Oxunma sayı: 643

Sentyabrın 16-da İçəri şəhər Qəsr küçəsində Elçin adlı şəxs Bakı şəhər sakini Fuad Mustafayevə bıçaqla xəsarət yetirib. Səbail RPİ 9-cu PB və PPXB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Elçin Kərimov tutulub.

Sentyabrın 15-də Bakı şəhər sakinləri Samirə Səlimliı və Solmaz Əhmədova Təbriz küçəsində yerləşən ticarət mərkəzindən ətir, geyim və bəzək əşyalarını oğurladıqları üçün Nərimanov RPİ 17-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Sentyabrın 15-i saat 16 radələrində Nəsimi rayonu Cavadxan küçəsində Masallı rayon sakini Fədakar Mürşüdov idarə etdiyi «VAZ-21723» markalı avtomobillə Cəlilabad rayon sakini Samir Mirişlini vurmuş və o, sentyabrın 16-da KTM-da ölüb.

Avqustun 30-da Sabirabad rayon sakini Rəhim Surxayzadə ərizə ilə 29-cu PB-yə müraciət edərək bildirmişdir ki, həmin gün saat 13:30 radələrində Tbilisi prospektində sərnişin qismində mindiyi naməlum avtomaşının sürücüsu ondan su almağı xahiş etmiş və o, özünə məxsus noutbuku avtomaşında qoyaraq düşmüş, bu zaman sürücü avtomaşını sürüb getmişdir. Bakı şəhər BPİ CAİ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Sumqayıt şəhər sakini Zamin Qazıyev tutulub.

Sentyabrın 13-nə kecən gecə Salyan yolunda İliana Xudazarovanın evindən açıq qapıdan keçmə yolu ilə 110 manat, qızıl boyunbağı və 2 ədəd mobil telefon oğurlanmışdır. Səbail RPİ CAŞ və 8-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağsu rayon sakini Əmir Rəhimov tutulub.

İyunun 14-nə keçən gecə Badamdar qəsəbəsi S.Xəlilov küçəsində yaşayan Fidan Səmədovaya məxsus «Nissan-Tida» markalı avtomobildən şüşəni sındırma yolu ilə pul kisəsəsindən 123 manat, iyulun 4-nə keçən gecə Sumqayıt şəhər sakini Pünhan Mürsəlova məxsus T.Məmmədov küşəsində yerləşən kafenin həyətindən samovar, iyulun 17-də Ə.Nəzmi küçəsində Natiq Abdulova məxsus «Kia Cerato» markalı avtomobildən 1 ədəd təkər, iyulun 25-nə keçən gecə isə Ə.Nəzərov küçəsində yaşayan Elmir Həsənova məxsus «Kia» markalı avtomobildən şüşəni sındırma yolu ilə eynək oğurlanıb. Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Əlsoltan Cavadov tutulub.

Sentyabrın 15-də İstiqlaliyyət küçəsində yerləşən Filarmoniya bağında naməlum şəxslər Bakı şəhər sakini Sahib Abbasovdan 1 manat istəyərək əlindən metro kartını alıb qaçmışlar. Daha sonra həmin ünvanda Qamət Cahangirovun əlindən 20 manatını almış, Q.Cahangirov onları təqib edərkən həmin şəxslərdən biri əli ilə onun baş nahiyyəsindən vuraraq pulu yerə atıb qaçmışlar. Səbail RPİ, PPXB və 9-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Mehti Mehtiyev tutulub.

Sentyabrın 11-də C.Xəndan küçəsində yerləşən çay evində masanın üzərindən Qobustan rayon sakini Elnur Ağakərimova məxsus «Opel-Astra» markalı avtomobilin açarları götürülmüş və avtomobili qaçırılmışdır. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıranın Göycay rayon sakini Təbriz Əhmədzadə olması müəyyən edilmiş və o Göycay RPŞ-nin əməkdaşları tərəfindən tutulmuş, avtomobil A.Əliyev küçəsində saz vəziyyətdə tapılıb.

Sentyabrın 6-da M.Qasımov küçəsində Bakı şəhər sakini Anar Məmmədli bıçaq xəsarətləri ilə KTM-yə yerləşdirilib. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirəri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Sadiq Hüseynov tutulub.

Sentyabrın 2-də 20 saylı xətt avtobusda Balakən rayon sakini Xədicə Məmmədovanın əl çantasından 1000 manat, şəxsiyyət vəsiqəsi və bankomat kartı oğurlanmışdır. Nizami RPİ CAŞ və 24-cü PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Tərlan Quliyev tutulub.