Bako Saakyan Argentinaya getdi

bako-saakyan-argentinaya-getdi
Oxunma sayı: 652

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, qondarma respublikanın prezidenti hazırda Erməni Apostol kilsəsinin Arsax (Qarabağ) eparxiyasının rəhbəri ilə birgə Argentinanın paytaxtı Buenos Ayresdədir. Səfər çərçivəsində Qarabağda iqtisadi, sosial və maarifləndirmə proqramlarının həyata keçirilməsi məqsədilə erməni xeyriyyəçiləri ilə görüşlər keçiriləcək. Bu gün mətbuat konfransında iştirak edəcək Saakyan sabah erməni icmaları ilə görüşəcək.

Qeyd edək ki, tanınmamış Qarabağ respublikasının prezidentinin Argentinaya qanunsuz səfəri ilə bağlı Azərbaycanın həmin ölkədəki səfiri də etirazını bildirmişdi. Lakin Bako Saakyanın Argentina parlamentinin nümayəndələri ilə görüşü barədə dəqiq məlumatlar yoxdur.

Səidə