Amerikalılar bayram həyəcanına başladılar

amerikalilar-bayram-heyecanina-basladilar
Oxunma sayı: 667

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, ölkədə fəaliyyət göstərən bir çox mağazaların böyük endirim kampaniyaları edib. Amerikalıların “Böyük cümə”də başlanan endirim kamapaniyalarına görə ticarət mərkəzərnə axını başlayıb.

Yeni il axşamına qədər təxminən 152 milyon insanın aliş-veriş edəcəyi bildirilir. Mövsümün ilk günündə mağazalarda uzun növbələr olub. Soyuq hava şəraitini nəzərə alan mağazalar gecə saatlarına qədər işləyəcək. Alverə gələnlər səhər tezdən mağazalara axışıblar.


Yerli vaxtla gecə saat 02.00-a qədər açıq olcağı bir çox mağaza növbələr üzündən sübhəcən işləmək məcburiyyətində qalıb.