“Bank of Baku” Facebook-da rekord vurur- - 280.000 fan!

bank-of-baku-facebook-da-rekord-vurur-
Oxunma sayı: 1417


Qeyd edək ki, “Bank of Baku” Facebook-da iki səhifəyə malikdir: bankın rəsmi səhifəsi  www.facebook.com/bankofbaku və Bolkart brendinin rəsmi səhifəsi  www.facebook.com/Bolkart

“Bank of Baku”-nun Facebook sosial şəbəkəsindəki səhifələri bankın kommunikasiyalar sahəsində effektiv novatorluğunu əks etdirir.

Xatırladaq ki, bir müddət öncə “Bank of Baku”-nun Facebook səhifəsi beynəlxalq Socialbakers monitorinq xidmətinin ən yaxşı sosial yönlü səhifə nominasiyası üzrə mükafatına layiq görülmüşdür. Xüsusi sertifikatda “Bank of Baku”-nun istifadəçilərlə kommunikasiyanı nümunəvi səviyyədə qurduğu və müraciətlərin əksəriyyətinin cavablandırıldığı qeyd edilmişdir.

Yeniliklərə daima prioritet verən “Bank of Baku” sosial şəbəkəsində öz müştərilərinə bank xidmətləri təklif edir. Azərbaycan bankçılıq tarixində ilk dəfə olaraq “Bank of Baku” “Fan kredit” layihəsinə start vermişdir.

Bankın sosial şəbəkəsində vaxtaşırı müxtəlif aksiya və müsabiqələr keçirilir. “Bank of Baku” yerli banklar arasında ilk dəfə onlayn oyun keçirmişdir. “Bank of Baku” Facebook istifadəçiləri üçün yeni məhsul və xidmətlər üzərində işini davam etdirir.