Bankın filial direktoru həbs edildi

bankin-filial-direktoru-hebs-edildi
Oxunma sayı: 2812

Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın Şamaxı filialının direktoru, mənimsəmədə təqsirləndirilən Əlisultan Məmmədovun və bankın daha 3 əməkdaşına hökm oxunub.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Əlisultan Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə sərbəst buraxıldığı üçün məhkəmə zalında həbs edilib. Bankın əməkdaşları Ramin Səməndərov, Kifayət Səmədova və Hacalı Cavadova şərti cəza verilib.

Qeyd edək ki, Ə.Məmmədov başqa şəxslərin adına kredit götürüb mənimsəməkdə ittiham edilir.

Murad Əhməd