Baqaj pulunuz cibinizdə qalacaq

baqaj-pulunuz-cibinizde-qalacaq
Oxunma sayı: 3106

İki ildir qurulan “Wool & Oak” şirkəti bazara maraqlı dizaynda çanta təqdim edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin yaradıcıları olan Con və xanımı Gizəm səyahət zamanı baqaj pulundan xilas olmaq üçün yeni çanta istehsal ediblər. Belə ki, 2 hissədən ibarət olan çantanı bir-birindən ayırdıqda həm bel çantası, həm də çamadan ortaya çıxır.

Həmin çantanı rahat şəkildə belinizdən asaraq hava limanından əlavə yük keçirdə biləcəksiniz.

Sözügedən çantanın fotolarını təqdim edirik. 

Ülviyyə