ARDNŞ-in iki əməkdaşı bədbəxt hadsədə öldü

ardns-in-iki-emekdasi-bedbext-hadsede-oldu
Oxunma sayı: 647

ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Xəzər dənizində, “Günəşli” neft yatağında baş verib. Yatağın 3-cü özülündə baş verən bədbəxt hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib.

Nizaməddin Quliyev hazırda faktla bağlı araşdırma aparıldığını, hadisənin dəqiq baş vermə səbəblərinin günorta saatlarında dəqiqləşdiriləcəyini və bu barədə ictimaiyyətə məlumat veriləcəyini bildirdi.