Arif Hacılı şikayətçi deyil

arif-hacili-sikayetci-deyil
Oxunma sayı: 661

Bu barədə “Qafqazinfo”ya qurumun mətbuat xidmətindən məlumat verilib. Ombudsmanın nümayəndələri istintaq altında olan bəzi şəxsləri qəbul edib və söhbət aparıblar. Müvəkkilin nümayəndələri digər şəxslərlə yanaşı, Azərbaycan İslam Partiyasının (AİP) rəhbəri Mövsüm Səmədov, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Müsavat Partiyasının gənclər təşkilatının sədri Tural Abbaslı və ilahiyyatçı Taleh Bağırovla da görüşüblər. Söhbət zamanı həmin şəxslər saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməmişlər. Saxlanılanların bir çoxu barələrində aparılan istintaqdan narazı olduqlarını bildiriblər.

Eyni zamanda Aparatın əməkdaşları istintaq təcridxanasının rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr veriblər.

Müsavat Partiyasının fəallıları Arif Hacılı və Tural Abbaslı aprelin 2-də Bakının mərkəzində icazəsiz etiraz aksiyasında iştirak etməklə əlaqədar saxlanıb.