“Barışsaq, bir kişi oğlu deməsin ki, qeyrətin necə götürdü?!”

barissaq-bir-kisi-oglu-demesin-ki-qeyretin-nece-goturdu
Oxunma sayı: 5469

“Martın 8-i toyumuz olacaqdı. Bilinməyən məqamlar var. Bir-birimizlə uzlaşa bilmədik. Ayrılığa səbəb xəyanət deyil. Mən xəyanata meyilli insan olmamışam”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Elnar Xəlilov “Səhər-Səhər” proqramında qonaq olarkən deyib. O, proqramda şairə nişanlısı Aysel Nəcəflidən ayrılma səbəbini açıqlayıb:

“Nişan tanışlıq deməkdir. Həmin xanımın namusu, qeyrəti ilə bağlı bir problem olmayıb. Çox gözəl ailə tərbiyəsi görmüş xanımdır. Onun haqqında pis nəsə deyə bilmərəm. Çünki ola bilər, biz sabah barışa bilərik. Bax, o zaman bir kişi oğlu mənə deməsin ki, bunu necə qeyrətin götürdü?!

Çünki o, ayrıldıqdan sonra başqası ilə evlənəcək, həmin şəxsin qeyrəti olacaq. Vərdişlər dəyişə bilir, xarakter dəyişmir. Xasiyyətimiz uyğun gəlmədi, ayrıldıq. Şərəfsiz olaram ki, edilən nəyisə inkar etsəm”.