“Barselona”dan rəsmi transfer - 40 milyona

barselonadan-resmi-transfer
Oxunma sayı: 662

“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Çinin "Quançjou Everqrand" klubundan Paulinyonu transfer edib. Braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavil imzalanıb.
 
"Barselona" 29 yaşlı futbolçunun transferi üçün Asiya təmsilçisinə 40 milyon avro təzminat ödəyib.
 
Qeyd edək ki, Paulinyo 2015-ci ildən "Quançjou Everqrand"da çıxış edirdi. O, Çin klubunun heyətində meydana çıxdığı 63 oyunda 17 qol vurub.