“Barselona”nın ulduzu yenə zədələndi

barselonanin-ulduzu-yene-zedelendi
Oxunma sayı: 1623

Ötən il 16 sentyabrda “Xetafe” ilə matçda zədələnən 3,5 ay yaşıl meydanlardan uzaq qalan Usman Dembele yanvarın 4-də “Selta” ilə kubok matçında formasına qovuşmuşdu.

“Qafqazinfo” xəbər verir ki, 20 yaşlı futbolçu dünən komandasının səfərdə “Real Sosyedad”ı 4-2 məğlub etdiyi matçda yenidən zədələnib.

Dembele sol ayağının bud nahiyəsindən ağır zədə alıb. Onun təxminən 1 ay meydana çıxmayacağı açıqlanıb.

Qeyd edək ki, U.Dembele ötən yay 105 milyon avro qarşılığında “Barselona”ya keçib və bütün turnirlər daxil olmaqla cəmi 7 matçda forma geyinib.