Baş Prokurorluq qəti şəkildə təkzib etdi

bas-prokurorluq-qeti-sekilde-tekzib-etdi
Oxunma sayı: 649

Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumat bildirilir ki, Azəri-Press Agentliyi (APA) tərəfindən yayılan informasiyalar həqiqəti əks etdirmir və məlumat qəti şəkildə təkzib olunur.

Qeyd edək ki, agentliyin yazdığı məlumatda bildirilirdi ki, komissiya hökumətin göstərişi ilə formalaşdırılıb: “Hökumət Baş Prokurorluğa müraciət edərək, televiziya kanallarında yayımlanan kriminal veriliş və xəbərlər zamanı müəyyən qanun pozuntularının (təqsirləndirilən şəxsi günahkar kimi təqdim etmək, onlar haqqında məcburi videoçəkiliş aparmaq, qəza nəticəsində ölən şəxslərin meyitinin açıq şəkildə göstərilməsi və s.) baş verdiyini əsas gətirərək, konkret təkliflər istəyib”.