Baş redaktorun oğurlanan maşını tapıldı

bas-redaktorun-ogurlanan-masini-tapildi
Oxunma sayı: 636

“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, may ayının 19-da gecə saatlarında Şəhriyar Məcidzadənin yaşadığı evin qarşısından oğurlanan maşını tapılıb və onu oğurlayan şəxslərdən biri bu gün səhər saatlarında Nəsimi rayon 22-ci polis bölməsi işçiləri tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində həbs edilib. Qeyd edək ki, maşın oğurlanandan dərhal sonra Ş.Məcidzadə 22-ci polis bölməsi əməkdaşlarına məlumat verib, daha sonra Daxili İşlər Naziri Ramil Usubova teleqram ilə müraciət etmişdi.

Məsələ ilə bağlı açıqlama verən Şəhriyar Məcidzadə bildirib: “Daxili İşlər Nazirinə müraciətimdən sonra məni 22-ci polis bölməsinin rəisi qəbul etdi və bildirdi ki, əməliyyat tədbirləri davam edir və maşının mütləq tapılacaq. Artıq bu gün maşın artıq tapılıb. Bu gün həm də Daxili İşlər Nazirliyinə çağırılmışam. Saat 12-də gedib təşəkkürümü bildirəcəm, daha məsələ aydınlaşdırılıb. Bundan sonra iş aidiyyatı qurumlarındır”.

Qeyd edək ki, hal-hazırda məsələ ilə bağlı istintaq davam edir.