Başqalarının adına kredit götürən filial müdirinə cəza istəniləcək

basqalarinin-adina-kredit-goturen-filial-mudirine-ceza-istenilecek
Oxunma sayı: 1159

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmdə təqsirləndirilən VTB Bankın keçmiş filial müdiri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə sənədlər elan edilib.

Daha sonra məhkəmə istintaqının tamamlandığı elan edilib. Növbəti iclasda dövlət ittihamçısı çıxış edərək İ.Qasımovun cəzalandırılmasını tələb edəcək. Proses noyabrın 29-da davam etdiriləcək.

Qeyd edək ki, İ.Qasımov əvvəllər “KapitalBank”da, daha sonra VTB Bankda işləyib. O, işdən çıxdıqdan sonra Rusiyaya gedib və beş il orada yaşayıb, “İnterpol” vasitəsilə axtarışa verilib və saxlanılaraq Azərbaycana gətirilib. Bir neçə şəxsin adına kredit götürərək mənimsəməkdə ittiham edilir.

Murad Əhməd