Avtoqəzada yeddi nəfər xəsarət aldı

avtoqezada-yeddi-nefer-xesaret-aldi-
Oxunma sayı: 666

Gün.Az-ın bölgə müxbirinə Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, 1948-ci il təvəllüdlü Siyəzən rayon sakini Ramiz Rüstəmovun idarə etdiyi “Volqa” markalı 10 DS 582 qeydiyyat nişanlı avtomaşın Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək dəmir arakəsməyə çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan 7 nəfər xəsarət alıb. Bunlar Siyəzən rayon sakini 67 yaşlı Ramiz Rüstəmov, onun həyat yoldaşı 65 yaşlı Əmanə Rüstəmova, 25 yaşlı İlahə Həsənova, 37 yaşlı Nişanə Kazımova, 42 yaşlı İlhamə Qurbanova, 5 yaşlı Nuran Rüstəmov və 3 yaşlı Həsən Həsənovdur.

Xəsarət alanlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, 7 nəfərdən 5-i ambulator müalicəyə buraxılıb. 1946-cı il təvəllüdlü Əmanə Rüstəmova və 1986-cı il təvəllüdlü İlahə Həsənovanın vəziyyəti ağır olduğundan onlar tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.