Axunddan cavab gəldi

axunddan-cavab-geldi
Oxunma sayı: 644

Fakltla bağlı Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə “Qafqaziinfo”ya açıqlama verib. Onun sözlərinə görə, sentyabrın 8-də 17.00-18.00 radələrində Aydın Canıyev sərxoş halda məscidin həyətinə girib və dindarları təhqir edib: “Onun qonşuda jurnalist qadınla problemi olub və qadının qardaşları onu döyüb. O da məscidin həyətinə qaçıb. Bundan sonra sərxoş halda dindarları təhqir edib, məscidin şüşələrini sındırıb və ona ziyan vurub. ” Hacı Sədi Axundzadə bildirib ki, bundan sonra dindarların etiraz edib və polislər Aydın Canıyevi həbs edib.

Açıqlamasında Hacı Sədi iddia edib ki, Aydın Canıyev bir neçə dəfə məscidin axundundan pul almaq istəsə də buna nail ola bilməyib.

Fatimə Kərimli