Ayaz Mütəllibovun təyyarəsi Bakıya enməyə hazırlaşır

ayaz-mutellibovun-teyyaresi-bakiya-enmeye-hazirlasir
Oxunma sayı: 674

O, hava limanından yerə enəndən sonra xüsusi nəzarətdə olacaq və oğlunun dəfn mərasimində iştirakı təmin ediləcək.

A. Mütəllibovun təyyarəsi Bakıya saat 20:00-da enəcək.

Qeyd edək ki, bu gün sabiq prezidentin oğlu dünyasını dəyib. Uzun illər Moskvada siyasi mühacirətdə olan A. Mütəllibovun ölkəyə qayıtması və oğlunun dəfn mərasimində iştirakı üçün ölkə prezidenti İlham Əliyevdən xahiş olunub. Dövlət başçısı onun qayıtmasına müsbət reaksiya verib və elə bu gün qayıda biləcəyi ilə bağlı mövqeyini açıqlayıb.