Aynişan Minskin möhtəşəm səhnəsində

aynisan-minskin-mohtesem-sehnesinde-
Oxunma sayı: 886

“Aynişan çox möhtəçəm haszırlaşıb. Aranjımançı Givi Variaşvili, xarici estrada üzrə gürcü müəllimə Mizea Qambaşidze ilə işləyib. Minskə çatdıqdan sonra orada iki gün məşq edəcəyik. Sonra isə yarımfinallar başlayacaq. Ayın 14-də müsabiqənin final konserti olacaq. Müsabiqə Rusiyanın “ORT” kanalı ilə canlı yayımlanacaq. Bu il həm də müsabiqənin 20 illik yubleyi olduğundan, dünyanın bir çox məşhur ulduzları, eyni zamanda “Eurovizion-2011”in qalibləri Nigar və Eldar da iştirak edəcəklər. Bizi Minskdə Azərbycanın Belarusdakı Səfiriliyi qarşılayacaq. Ümid edirik ki, Aynişan müsabiqədən yüksək nəticə əldə edəcək. Aynişan orada üç mahnı ifa edəcək. Müsabiqənin şərtlərin əsasən mahnılardan biri Azərbaycan, biri rus, biri isə slavyan dilində olmalıdır. Odur ki, biz də qərara gəldik ki, Aynişan gənc bəstəkar Ülviyyə Vəliyevanın “Sevgimi bu?” mahnsını yeni tərtiabtda təqdim etsin. Burada həm də Azərbaycanın qədim müsiqi aləti olan balaban da olacaq. Aynişan Adil Baxışlının “Yox” mahnısının rus versiyasını, daha sonra isə Ukrayna mahnısı ifa edəcək. Geyimlərini isə özü seçib”.

A.Haşımova, həmçinin bütün təşkilatı işlərdə onlara yardımçı olan jurnalist Feliks Vişnevetskiyə, modelyer Vaildə Abbasovaya təşəkkür edib.