Bayram günlərində 39 dərəcə isti olub

bayram-gunlerinde-39-derece-isti-olub
Oxunma sayı: 646

Bayram günlərində Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bu barədə “Qafqazinfo”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova  məlumat verib.

O qeyd edib ki, son 3 gündə hava şəraiti nisbətən sakit və gün ərzində yağmursuz keçib: “Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu  30-35 dərəcə, Mərkəzi Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında isə 35-39 dərəcə arasında dəyişib”.

Günel Türksoy