“Azadlıq” və “Yeni Müsavat” nəşrinə fasilə verdi

azadliq-ve-yeni-musavat-nesrine-fasile-verdi
Oxunma sayı: 640

Nazim Sabiroğlu qeyd edib ki, fevralın 2-də Bakını cənginə alan qar-çovğuna görə redaksiya əməkdaşlarının bir çoxu işə gələ bilməyib: “Bir yandan da xəbər agentliklərində, informasiya portallarında məlumat qıtlığı yaranıb. Ölkənin ictimai-siyasi həyatı donmuş vəziyyətə düşüb. Bu amilləri, eləcə də hava şəraiti üzündən qəzet yayımında ciddi problemlər yarandığını nəzərə alıb işə bir günlük fasilə verəsi olduq”.
“Azadlıq” qəzeti də eyni problemə görə fevralın 2-də çalışmamağa qərar verib. Qəzetin redaktoru Rövşən Hacıbəyli “Media forum” saytına deyib ki, fevralın 3-də “Azadlıq” köşklərə çıxmayacaq.