Bazar ertəsi Türkiyədə yeni dövr başlayacaq - 17 prezident Ankaraya gedir

bazar-ertesi-turkiyede-yeni-dovr-baslayacaq
Oxunma sayı: 3541

Türkiyədə Prezident Hökumət Sisteminə keçid mərasimi bazar ertəsi saat 17:00-da Beştəpədə keçiriləcək.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, yeni kabinet iyulun 9-da saat 21:00-da Türkiyə Böyük Millət Məclisində (TBMM) açıqlanacaq. Mərasimə 17 xarici dövlətin nümayəndələri də qatılacaq.

Ankarada keçiriləcək tədbirdə Venesuela, Qazaxıstan, Qırğızıstan, Bosniya-Hersoqovina, Bolqarıstan, Makedoniya, Gürcüstan, Ukrayna, Pakistan, Qvineya, Somali və Zambiya prezidentləri iştirak edəcək.