Bazarlarda qiymət qalxıb

Bazarlarda qiymət qalxıb
Oxunma sayı: 1619

Mövsümün dəyişməsi ilə bağlı paytaxtın kənd təsərrüfatı məhsulları bazarında qiymət artıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı musavat.com yayıb. “8-ci kilometr” bazarına baş çəkən sayt əməkdaşının yazdığına görə, Azərbaycan mətbəxində ən çox istifadə olunan kartof 1 manata qalxıb. Xüsusən də yerli kartofun kiloqramını 1 manatdan ucuz tapmaq mümkün deyil. Bu isə o deməkdir ki, ilin sonuna doğru yerli kartof 1.30 manatdan dan aşağı olmayacaq. 

Ötən il pərakəndə satışda 30 qəpiyi ötməyən soğanın indi ən ucuzu 50 qəpiyə satılır. Satıcılar deyir ki, səbəb bu il soğan əkininin az olmasıdır. 

Əvvəllər bazarda 4 manat olan Hövsan soğanının kiloqramı isə hazırda 5 manata satılır. Sarımsağın 1 kiloqramı isə 6 manatdan təklif olunur. 

Tərəvəzlərdən ən çox bahalaşanlardan biri də kələmdir . Hazırda Bərdə kələminin 1 kiloqramı 1 manatdır. Xiyarın qiyməti 1 manata, pomidorun qiyməti isə 1.50-2 manata yüksəlib. Hazırda bazarda ən ucuz məhsul göyərtidir ki, onun da 1 dəstəsi 10 qəpiyə təklif olunur. Turpun kiloqramı isə 1 manatdan ucuz deyil.

Meyvələrdən almanın kiloqramı 50 qəpikdən başlayır. Nar isə ötən illərlə müqayisədə bu il daha bahadır, kiloqramı 1– 2.50 manat arasında dəyişir. Feyxoanın kiloqramı 80 qəpikdən 1. 50 manata qədər, xurma 1 manata, narıngi 1- 1.50 manat arasında dəyişir. Xaricdən gətirilən meyvələrin qiyməti 2 manatın üzərindədir. Bananın kiloqramı 2.20 manata təklif olunur.

Qərzəkli məhsulların qiymətini də mövsümi baxımdan baha hesab etmək olar. Hazırda qərzəkli qozun 1 kiloqramı 6-7 manata, fındığın kiloqramı 5-6 manata, şabalıd isə 5 manatadır. 

Ləpələrə gəlincə, qoz ləpəsi nisbətən ucuzlaşıb, qiymətlər 10-12 manatdan başlayır, 18 manata kimi qalxır. Fındıq ləpəsi isə 14-15 manata təklif olunur. Noxud, lobya, mərci kimi məhsulların qiymətində isə elə bir fərq müşahidə olunmur.

Ağartı məhsullarının qiyməti isə təxminən 50 qəpik civarında qalxıb. Bazarda kənd yumurtasının 1 ədədi 25-3- qəpik arasındadır. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi