Azərbaycan çempionundan utancverici hərəkət

azerbaycan-cempionundan-utancverici-hereket
Oxunma sayı: 694

Belə ki, T.Qurbanov oktyabrın 2-si saat 22:00 radələrində Ə.Ələkbərov küçəsində yerləşən Natiq Məmmədova məxsus mağazanın kassasından 300 manat oğurlayıb.

T.Qurbanov Yasamal RPİ 26-cı polis bölməsinin əməkdaşları tərəfindən tutularkən ondan 0,398 qram narkotik vasitə olan heroin aşkar olunub. Aparılan əməliyyat tədbirləri nəticəsində cinayətdə T.Qurbanovun köməkçisi olmuş Bərdə rayon sakini Ramin Abbasov da yaxalanıb. Onun da üzərindən 0,312 qram heroin tapılıb. Müəyyən olunub ki, onlar oktyabrın 2-də Bakı şəhər sakini Aygün Baməzərə məxsus mağazadan 2 ədəd mobil telefon oğurlayıblar.

Əvvəllər dələduzluq etdiyinə görə məhkumluq həyatı yaşayan T.Qurbanov cinayəti ehtiyacdan törətdiyini bidlrib. "Bir müddət əvvəl mühafizə xidmətində işləyirdim. Artıq iki aydır, işsizəm. Ona görə də pula ehtiyacım vardı".

Faktla bağlı cinayət işi başlanıb.