Azərbaycan deputatı İvanişvili ilə görüşdü - Foto

azerbaycan-deputati-ivanisvili-ile-gorusdu-foto
Oxunma sayı: 654

“Qafqazinfo” xəbər verir ki, Q. Paşayevanın Gürcüstanda yaşayan, Gürcüstan vətəndaşı olan azərbaycanlılarla bağlı Bidzina İvanişvilinin hansı mövqe tutacağı, mövqeyi bağlı sualının cavabında Bidzina İvanişvilinin bildirib ki, o, azərbaycanlıları çox sevir və onun adından yayılan bir sıra informasiya və acıqlamalar yalandır, həqiqəti əks etdirmir. Azərbaycan və Gürcü xalqlarının bir-birinə çox yaxın olduğunu, iki xalqı mehriban dostluq əlaqələrinin birləşdirdiyini deyən vurğulayan Bidzina İvanişvilinin biz öz işimizlə Gürcüstan azərbaycanlılarına və Azərbaycana necə yüksək münasibət bəslədiyimizi göstərəcəyik deyib. “Dəfələrlə demişəm və indi də bəyan edirəm ki, Gürcüstan azərbaycanlılarının vətəndə özlərini tamhüquqlu vətəndaş kimi hiss etmələri, bu ölkənin onların əsl vətənlərinə çevrilməsi üçün əlimdən gələni edəcəyəm” deyən Bidzina İvanişvili etnik azərbaycanlıların cəmiyyətə daha sıx inteqrasiya olunması üçün əllərindən gələni edəcəklərini deyib. “Biz onlarla vədlər vermişik. Qoy onlar əmin olsunlar ki, verdiyimiz bütün vədləri yerinə yetirəcəyik. Onlar öz ölkələrinin idarə olunmasında maksimum iştirak edəcək, hökumətin yuxarı eşalonlarında təmsil olunacaqlar”. Gürcü arzusu” seçki blokunun lideri Bidzina İvanişvili söhbətində Azərbaycanla münasibətlərin inkişafına da toxunub. Azərbaycanın Gürcüstanla yaxın dost münasibətini vurğulayan Bidzina İvanişvili Azərbaycana münasibətlərinin köklərindən də danışıb. “Mənim Heydər Əliyevə böyük hörmətim vardı, onunla yaxşı münasibətlərimiz, görüşlərimiz olub. Fəxr edirəm ki, Heydər Əliyev qonağım olmuşdur. Təəssüf edirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əlyevlə görüşməmişik. Mən inanıram ki, biz real dost olacağıq və xalqlarımızın dostluq əlaqələri daha da möhkəmlənəcək”.

Qənirə Paşayeva isə bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil, ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir. İki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayan Q.Paşayeva deyib ki, Azərbaycan və Gürcüstanın parlament üzvləri, parlamentlərarası dostluq qrupları və iki ölkənin parlament nümayəndə heyətləri AŞPA da daxil olmaqla, bütün beynəlxalq təşkilatlarda əməkdaşlığı daha da genişləndirməli və ölkələrimizin maraqları çərçivəsində, dövlətlərimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində əməkdaşlığı və işbirliyini daha da artırmalıdırlar. Gürcü arzusu” seçki blokunun lideri Bidzina İvanişvili isə deyib ki, onlar Azərbaycanla Gürcüstan arasında bütün istiqamətlərdə əməkdaşlığın inkişafı üçün səylə çalışacaqlar.