Azərbaycan mədəniyyətinə ağır itki

azerbaycan-medeniyyetine-agir-itki
Oxunma sayı: 675

Milli.Az-ın məlumatına görə, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Elza İbrahimova 74 yaşında dünyasını dəyişib. Mərhum xeyli müddətdi, xəstəlikdən əziyyət çəkirdi. E.İbrahimova 1938-ci il, yanvarın 10-da dünyaya gəlmişdi.

Mərhum bəstəkar "Yanan laylalar" Operası /librettosu, “Dünya sevənlərindi" kinofilminə musiqi, R.Heydər, B.Vahabzadə, O.Qoçulu, V.Əziz, V.Səmədoğlu, R.Əfəndiyeva və b. şairlərin sözlərinə mahnı və romanslar yazmışdı.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva Milli.Az-a bildirdi ki, E.İbrahimova bu gün rəhmətə gedib. Onun harada dəfn olunacağı, vida mərasiminin keçiriləcəyi yer müəyyənləşdirilir.