Azərbaycan müxalifətinin faciəsi – Wikileaksdə

azerbaycan-muxalifetinin-faciesi-wikileaksde
Oxunma sayı: 690





Wikileaks saytında yayımlanan gizli sənədlərdən biri səfir Enn Dersin “Yox olmaqda olan Azərbaycan müxalifəti”nə həsr olunub. “Qafqazinfo”nun məlumatına görə, sənəddə hökumət tərəfindən güclü təzyiqlərə məruz qaldığı bildirilən müxalifət düşərgəsində 2005-ci il parlament seçkilərində möhkəm azalmanın müşahidə olunduğu qeyd olunub. Səfir Enn Dersin açıqlanan teleqramında yer alan acınacaqlı vəziyyəti birbaşa təqdim edirik:

Məhvə sürüklənənlər

“Prezident Heydər Əliyevin hakimiyyəti dövründə (1993-2003) müxalifət dövlət tərəfindən məharətlə idarə edilsə də, lakin bir sıra dəstəkləri, siyasi legitimliyi vardı, zəif olsa da siyasi sistemdə hörmət edilən bir qurum idi. Lakin İlham Əliyevin hakimiyyətə gəldiyi sonrakı 4 ildə ənənəvi müxalifətin sayı azalıb. AXCP-nın sədri Əli Kərimli qalan 3-5 il ərzində mövcud vəziyyətin dəyişməyəcəyi halda siyasi müxalifətin tamamilə yox olacağını proqnozlaşdırıb.
Müxalifətin “Xaç atası” İsa Qəmbərin ofisinə gedəndə fikirləşirsən ki, haradasa səhv bir dönüş etmisən. O, Bakının uzaq bir küncünə, köhnə bir binaya “sürgün” edilib. Baxmayaraq ki, Müsavat partiyasının iki mərtəbəli binası var, bütün otaqları qaranlıq, dəhlizlərdə isə sanki təmir işləri gedir. Onlar bizim mühafizə dəstəmizdən qarmaqarışıqlığa görə üzr istəyir və etiraf edirlər ki, ofisin təmiri iki ildir ki, davam edir, vəsait çatışmazlığı səbəbindən isə heç vaxt tamamlanmaya bilər. Qəmbər təmir olunmuş otaqlardan birində əyləşib və solda görüşlər zamanı, ehtimal ki, dinləmə cihazlarına “qalib” gəlmək üçün qoyulan səs-küylü televizor.

Liberal Partiyasının lideri Lalə Şövkət tozlu, hovuzu zibillə dolu şəhərdən kənar bir yerdə işləyir. Digərlərindən daha çətin vəziyyətdə olan isə son dörd ildə dramatik şəkildə yaşlanan Əli Kərimlidir ki, hökumət 2006-cı ilin noyabrında onun partiyasını şəhər mərkəzində yerləşən ofisindən məcburi çıxardıqdan sonra başqa yerdə çalışmaq məcburiyyətində qalıb. Kərimli icarəçilərə müxalifət partiyalarına icarə ofis verməmələri üçün hökumət tərəfindən təzyiqlər edildiyindən şikayətlənir.

Hətta Paranoidlərin də düşmənləri var

Müxalifət liderləri onların zəifliyinin əsas səbəbinin müxalifət mitinqləri, onların maliyyələşdirilməsi, xidməti yerləri və siyasi liderlərin səyahətlərini hədəf alan hökumətin məqsədli və qətiyyətli strategiyasının nəticəsi olmasından şikayətləniblər. “Biz arxasına bağlanmış əlləri ilə mübarizə aparan iki boksçudan biri kimiyik. Biz növbəti raunda keçməyə hazırlaşırıq və nokaut alırıq”- Şövkət siqaret qutusundan növbətisini götürərkən çox aydın şəkildə təsvir edir. O, həmçinin əlavə edib ki, onun yerli partiya ofisləri sistemli olaraq bağladılıb və partiya işçilərinin media ilə müntəzəm əlaqələrinə maneələr qoyulur, hətta açıq şəkildə görüşə də bilmirlər. Səfirliyə şikayət edərək bildirib ki, Azərbaycan ərazisində səfərdə olarkən belə, hökumət mütəmadi olaraq onun partiya üzvləri ilə görüşünə mane olur.

Özünə inamlı İsa Qəmbər daha da meydan oxuyan bir mövqe alır. O, ritorik sual verir: “Əgər müxalifət həqiqətən də belə zəifdirsə, onda hökumət nədən qorxur? Niyə görə biz TV-də göstərilə bilmərik? Biz niyə görüşə bilmərik? Onlar niyə jurnalistləri həbs edirlər?”

Müxalifətdən prezidentliyə namizəd və Heydər Əliyevin keçmiş müşaviri Eldar Namazov onu xalqın gözündən uzaq tutmaq üçün amansız kampaniyanı təsvir edir. O, partiyasının yubileyini qeyd etmək üçün Qubada çay evini icarəyə götürməsinə polisin necə mane olduğunu xatırlayır.

İçərisindəki Şeytan

Azərbaycan müxalifətinin davamlı azalmasının səbəblərindən bir də ardıcıl olaraq fikir ayrılıqları, təcrübəsizlik və siyasətə əsaslanan şəxsiyyət amilidir. Ən bahalı məhəllələrdən birində öz təmtəraqlı ofisində əyləşən hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov isə müxalifətin zəifliyini yeni simaların və ideyaların yoxluğunun əlaməti hesab edir: “Müxalifət keçən seçkilərdə bir sıra qəribə qərarlar aldı. Həmişə baykotdan danışır, lakin sonradan iştirak etməyi seçir. Onların siyasi proqramları yoxdur. Əgər bir şəxs mütəmadi seçkilərdə uduzursa, insanlar ona səs verməkdən yorulurlar. Con Kerriyə baxın. Heç kim ona yenidən səs vermir”.

Ehtiyatsız məqamda, müxalifət liderləri özləri rəhbərliyin olmamasını etiraf edəcəklər. Şövkət dedi ki, o, açıq şəkildə müxalifəti hökumətə qarşı vahid cəbhədə təzyiq göstərər bilməməkdə tənqid edib. O, 2005-ci ildə parlamentdə seçildi, lakin digər parlament yarışlarında saxtakarlığa etiraz etmək üçün vəzifədən imtina etdi.

Əli Kərimli qeyd edib ki, müxalifət lideri çox zaman özləri etiraf edir ki, çox passivdirlər. Eldar Namazov bildirib ki, ənənəvi müxalifətçilərin arasında (o özünü istisna edir) əhəmiyyətli siyasi təcrübəyə malik biri yoxdur və onların əksəriyyəti sabiq prezident Əbülfəz Əliyevin dövründə Dağlıq Qarabağ münaqişəsinin erkən mərhələlərində bəzi yanlışlara görə məsuliyyət daşıyırlar.

Ardı var...

Səidə