“Azərbaycan nə istədiyini deyə bilmir” – Şərh

azerbaycan-ne-istediyini-deye-bilmir-serh
Oxunma sayı: 633

Bu fikirləri “Qafqazinfo”ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu məsələdə Azərbaycan tərəfi də nə istədiyini deməlidir: “Həmsədrlər nə istədiklərini bilirlər, maraqlı budur ki, Azərbaycan nə istədiyini deyə bilmir. Sadəcə olaraq Azərbaycanın siyasəti problemin konservləşdirilməsinə xidmət edir. Artıq həmsədrlərin fəaliyyətindən daha çox bu siyasət xidmət edir, konservləşdirilməyə”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə isə düşünür ki, məsələnin həllində Azərbaycan tərəfi kifayət qədər irəli addım atıb: “Azərbaycan xarici işlər naziri bəyanat verdi ki, ümumi böyük sülh sazişi bağlayaq ondan sonra məsələnin müzakirəsi ilə məşğul olaq. Bunu əsaslandırdı ki, bu saziş regionda inkişafa, inteqrasiyaya və sərhədlərin açılmasına, faktiki olaraq xidmət edir. Bu çox ciddi bəyanatdır. Bu, Azərbaycanın məsələnin həlli ilə bağlı bir addım da irəli atdığını göstərir”. Partiya sədri vurğulayıb ki, biz həmsədrləri ittiham etsək də onların böyük mandatı yoxdur: “Onlarda böyük mandat da yoxdur ki, məsələnin həlli ilə əlaqədar nə isə etsinlər və onların səmərəsiz fəaliyyəti göz qabağındadır”.


Fatimə Kərimli