Azərbaycanda daha bir dəhşətli qəza

azerbaycanda-daha-bir-dehsetli-qeza
Oxunma sayı: 653

Anspress-in məlumatına görə, bu gün saat 16 radələrində Quşqara kəndi ərazisində “Kamaz” markalı yük maşını sərnişin mikroavtobusu ilə toqquşub. Şahidlərin verdiyi məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb. Onların sözlərinə görə, mikroavtobusun qabaq hissəsi tamamilə dağılıb.

Rayon Polis Şöbəsindən məlumatı təsdiqləsələr də, hadisənin təfərrüatlarının hələ məlum olmadığını deyiblər.