Azərbaycanda iki nəfər donvurmadan öldü

azerbaycanda-iki-nefer-donvurmadan-oldu
Oxunma sayı: 680

Ötən gün donvurma nəticəsində iki nəfər ölüb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, fevralın 8-də Qaradağ rayonunun Sahil qəsəbəsindən koma halında 50-55 yaşlı kişi donvurma ilə xəstəxanaya gətirilmiş. Şəxsiyyəti bəlli olmayan kişi orada ölüb.

Daha bir donvurma faktı isə Nizami rayonunda qeydə alınıb. Saat 10.00 radələrində rayon ərazisində üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı kişinin don vurmuş meyiti tapılıb.