Azərbaycanın bütün magistral yolları açıqdır

<b>Azərbaycanın bütün magistral yolları açıqdır</b>
Oxunma sayı: 241

Bu barədə cümə axşamı Trend-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib.

O qeyd edib ki, Ağsu aşırımında, İsmayıllı-Muğanlı yolunda, Bakı-Quba yolunda və Rusiya sərhədinə yaxın ərazidə, eləcə də Şəmkir, Qazax rayonu ərazisində güclü qar yağması nəticəsində nəqliyyatın hərəkətində müəyyən qədər çətinliklər yaranıb.

Onun sözlərinə görə, Dövlət Yol Polisi əməkdaşlarının və müvafiq yol istismar idarələrinin əməkdaşlarının birgə fəaliyyəti ilə həmin ərazilər qardan təmizlənir. Bəzi enişli-yoxuşlu hissələrə duzun, qumun səpilməsi prosesi davam edir və nəqliyyatın hərəkəti bütün istiqamətlərdə, eləcə də Bakıda mövcuddur.

Qeyd edək ki, fevralın 7-dən Azərbaycan ərazisində havanın temperaturu kəskin düşüb. Bakıda çovğun başlayıb və havanın temperaturu səhər saatlarında mənfi 9-10 dərəcə olub.
Azərbaycanın əksər rayonlarında qarlı və şaxtalı hava şəraiti hökm sürür. Qeyri-sabit hava şəraiti fevralın 10-na kimi davam edəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi