Azərbaycanın Cek kəndinin camaatı bəyanat verdi - Qalmaqal

azerbaycanin-cek-kendinin-camaati-beyanat-verdi-qalmaqal
Oxunma sayı: 673

“Qafqazinfo”nun məlumatına görə, “Cek Cəmiyyəti” həmin qədim yaşayış məntəqəsi və 1 ədəd kurqanın Quba rayonunun Xınalıq kəndinin ərazisində deyil, Cek kəndinin ərazisində aşkarlandığını bəyan edib: “Bu məqsədlə kütləvi informasiya vasitələrindən yol verilmiş bu yanlışlığın düzəldilməsini və tarixi saxtalaşdırmamalarını xahiş edirik”.

Qeyd edək ki, 31 mart 2011-ci ilə qədər adı «Azərbaycan Cekli İcması» İctimai Birliyi olan «Cek Cəmiyyəti» İctimai Birliyi 31 mart 2006-cı ildə, Sumqayıt şəhərində təsis edilib: “Bu tarix ceklilər üçün də faciəlidir. Çünki son iki əsrdə Qafqazda himayədarlarının dəstəyi ilə ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş və hazırda da davam edən etnik təmizləmə və soyqırımı siyasəti bütün azərbaycanlılar kimi ceklilərdən də yan keçməyib. 1918-ci ilin yazında ermənilər tərəfindən həyata keçirilmiş soyqırımı zamanı Quba mahalında zərər çəkmiş kəndlərdən biri də məhz Cek kəndi və həm bu kənddə, həm də ətraf kəndlərdə yaşayan ceklilər olmuşdur. Bu fakt digər şahdağlılar kimi ceklilərin də demoqrafik inkişafına ciddi təsir göstərmişdir”.

Hazırda Əlhəddin Ceklinin rəhbərlik etdiyi bu Birliyin əsas məqsədi Azərbaycanın aborigen sakinlərindən Şahdağ xalqlarının nümayəndəsi olan ceklilərin sayını dəqiqləşdirmək, Azərbaycanın bu unikal etnosunun getdikcə yaddan çıxan tarixini, mədəniyyətini, dilini, adət və ənənələrini bərpa və təbliğ edərək, onların qorunub saxlanılmasını təmin etmək, qlobal inteqrasiya sahəsində əməli fəaliyyət göstərməkdir.

«Cek Cəmiyyəti» İctimai Birliyinin başlıca şüarı belədir: «Biz CAN deyirik! Yəni, Ceklilər Azərbaycan Naminə!»

Səidə