Azərbaycanın söz azadlığı Avropada müzakirə ediləcək

azerbaycanin-soz-azadligi-avropada-muzakire-edilecek
Oxunma sayı: 665

Millət vəkili “Qafqazinfo”ya bildirib ki, 30 və 31 yanvar tarixlərində Brüsseldə keçiriləcək Avronest Parlament Assambleyasının Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya üzrə Komitəsinin iclasında “Şərq Tərəfdaşlığında və Avropa İttifaqında gələcək demokratiya, KİV-lərin müstəqliiyi” mövzusunda məruzə edəcək. O, çıxışında Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində Demokratiyanın, azad və müstəqil medianın gələcəyinə dair çağırışlar mövzusu üzrə məruzəsini digər həmməruzəçi Almaniyadan olan deputat Knut Flekştayinlə birgə hesabat məruzəsini təqdim edəcək. Təqdim olunacaq məruzənin bu ilin aprel ayında Avronestin Bakı şəhərində keçiriləcək iclasında qəbul olunması nəzərdə tutulur.