Azərbaycanlı müğənni Dubaya gedir

azerbaycanli-mugenni-dubaya-gedir
Oxunma sayı: 658

"Mən hər zaman fəaliyyətimdə yeniliklərə üstünlük verirəm. Bunu da hamı bilir. Yeni, 2012-ci ildə də tamaşaçılarımı bir çox sürprizlər gözləyir. Hal-hazırda fars dilində olan yeni mahnımı hazırlayıram. Bundan əlavə, qədim mahnılarımızın üstündə işləyirəm. Onları tamaşaçılarıma yeni aranjmanda təqdim etmək fikrim var. Artıq yeni albomumun çalışmalarına başlamışam".

Xuraman Şuşalı bütün işlərində həyat yoldaşının ona kömək etdiyini qeyd etdi. Müğənni həmçinin öz ad gününü xüsusi qeyd edəcəyini bildirib.

"Ad günüm fevralda olacaq, lakin mən buna artıq indidən hazırlaşıram. Ad günümdə həyat yoldaşımla birgə Dubaya alış-verişə gedəcəm. Oradan gəldikdən sonra isə yeni albomumun və klipimin təqdimatı olacaq", - Xuraman Şuşalı deyib.