Azərbaycanlı tələbə Türkiyədə bıçaqlandı - Fotolar

azerbaycanli-telebe-turkiyede-bicaqlandi-fotolar
Oxunma sayı: 641

Femida.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Balıkesirdə baş verən hadisədə azərbaycanlı tələbə də daxil olmaqla 4 nəfər iştirak edib.

Gənc şəxslər arasında Anafartalar küçəsində yaranan mübahisədə onlar bir-birini yumruqlayıb və təpikləyib. Polisin hadisə yerinə yaxınlaşdığını görüncə isə ərazidən qaçıblar. Lakin sonradan yenidən bir araya gələrək mübahisəni davam etdiriblər. Azərbaycanlı tələbə olduğu deyilən şəxs bıçaqlanıb, digər iki nəfəri polis saxlayıb, bir nəfər qaçıb. Hazırda polis qaçan şəxsi axtarır.

Adı açıqlanmayan azərbaycanlı tələbə xəstəxanadadır, onun həyatına təhlükə olmadığı bildirilir.