“Azercell”in düyünə düşən “3G”-si

azercellin-duyune-dusen-3g-si
Oxunma sayı: 652

Oktyabrın 3-də isə Radiotezliklər üzrə Dövlət Komissiyası (RTK) 3G standartında rabitə xidmətlərinin genişləndirilməsi üçün tezlik resurslarının “Azercel Telekom” mobil rabitə operatoruna verilməsi haqqında müsbət qərar qəbul etdi.

“Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan uzun müddətdir gözlədikləri bu sevincli hadisə ilə bağlı bu gün mətbuat konfransı keçirməyə hazırlaşsa da, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, RTK hələ də tezlik resurslarını “Azercel Telekom”a verməyib.

Məsələ ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə əlaqə saxladıq. İdarənin Radio Tezliklər şöbəsinin rəis müavini Azad Rəcəbov “Qafqazinfo”ya bildirib ki, “Azercell”ə tezlik ayrılıb: “Lakin hazırda həmin tezlik resursu başqa şirkətə məxsus olduğundan “Azercell”ə verilməsi yubanıb. Bir ay müddətinə tezlik həmin şirkətdən alınıb “Azercell”ə veriləcək. Qərar var və icra olunacaq”.

Mövzu ilə bağlı “Azercell Telekom” MMC-nin mövqeyini verməyə hazırıq.

Nigar Məmmədli