Bakıda 9 ev niyə yandı?

bakida-9-ev-niye-yandi
Oxunma sayı: 679

Hadisə saat 06:00 radələrində Yasamal rayonu II Alatava adlanan ərazidə qeydə alınıb. III çağırışla hadisə yerinə 19 yanğınsöndürən maşın və texnika yollanıb. Yanğın şiddətli olduğundan 9 evi yararsız hala salıb.

Adıçəkilən ərazidə evlərin sıx tikilməsi və yolların dar olması yanğının söndürülməsində çətinliklər yaradıb. Xoşbəxtlikdən yanğın nəticəsində xəsarət alan olmasa da, 380 kv metr ərazi tamam külə dönüb. İlkin ehtimala görə, yanğının baş verməsinə elektrik və qaz xətlərinin düzgün çəkilməməsi səbəb olub.

Evləri yanan sakinlərin “Qafqazinfo”ya verdikləri məlumata görə, yanğına qazın xəbərdarlıqsız kəsilib yenidən verilməsi səbəb olub. Sakinlər bildiriblər ki, səhərə yaxın əraziyə verilən təbii qaz qəflətən kəsilib və sonradan yenidən verilməyə başlayıb. Yanğın da bundan sonra başlayıb.

Məsələ ilə əlaqədar “Azəriqaz” İB-nin Təhlükəsizlik, Ekologiya və Keyfiyyətə Nəzarət şöbəsinin rəisi Abbasəli Quliyev “Qafqazinfo”ya bildirib ki, onlarda bununla bağlı nə rəsmi, nə də qeyri rəsmi məlumat yoxdur. A. Quliyev məsələni dəqiqləşdirib açıqlama verəcəyini söyləyib. O, ilkin ehtimal kimi, hadisənin elektrik naqillərində qısaqapanmadan olduğunu deyib.
Nigar Məmmədli